Müsavat başqanının daha bir müavini istefa verib

Müsavat başqanının daha bir müavini istefa verib
18 May 2018
Mətni dəyiş

Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqov vəzifəsindən istefa verib.

Partiyadan adının açıqlanmasını istəməyən mənbənin verdiyi məlumata görə, istefanın səbəblərindən biri Vətəndaş Həmrəyliyi Partiyasında keçirilən tədbirdir. Yadigar Sadıqov rəhbərliyində təmsil olunduğu partiyanın VHP ilə birgə tədbir keçirməsinə etiraz edib.

Yadigar Sadıqov Meydan TV-yə deyib ki, istefasına səbəb partiya başqanı Arif Hacılı ilə fikir ayrılığıdır.

Ancaq o, partiyadaxili məsələ olduğundan detalları açıqlamaq istəməyib.

Partiyadan adının açıqlanmasını istəməyən mənbənin verdiyi məlumata görə isə istefanın səbəblərindən biri Vətəndaş Həmrəyliyi Partiyasında keçirilən tədbirdir. Yadigar Sadıqov rəhbərliyində təmsil olunduğu partiyanın VHP ilə birgə tədbir keçirməsinə etiraz edib:

“Yadigar bəy deyib ki, o, həbsdə olarkən parlament siyasi məhbusların cinayətkar olduğunu göstərən sənəd hazırlayıb və VHP sədri Sabir Rüstəmxanlı da o sənədə qol çəkib. Onları cinayətkar adlandırmış bir adamla işbirliyində olmaq istəmir”.

Arif Hacılı ilə əlaqə saxlamaq cəhdi baş tutmayıb. Partiya başqanı telefon zənglərinə cavab verməyib.

Yadigar Sadıqov Lənkəran Rayon Məhkəməsinin 2014-cü il 13 yanvar tarixli hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

O, 2013-cü il iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılmışdı.

Rəşid Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü bildirmişdi.

Y.Sadıqov 2016-cı ilin 17 martında Əfv sərəncamıyla azad edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun