Əfqan Muxtarlı cəzaçəkmə müəssisəsinə göndərilir

Əfqan Muxtarlı cəzaçəkmə müəssisəsinə göndərilir
8 May 2018
Mətni dəyiş

Bu gün, mayın 7-si dostlarının həbsdəki jurnalist Əfqan Muxtarlı ilə görüşünə icazə verilməyib.

Bu barədə NİDA Vətəndaş Hərəkatından Samir Əsədli məlumat verib. Onun bildirməsinə görə, Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasına getsələr də jurnalistlə görüşə buraxılmayıblar.

"Bəzi istədikləri vardı, onları, ərzağı çatdırdıq", deyən S.Əsədli Ə.Muxtarlının cəzaçəkmə müəssisəsinə göndəriləcəyini bildirirb.

"Bu həftənin şənbə günü Əfqan Muxtarlının cəzaçəkmə müəssisəsnə göndərəcəklər. Ehtimal ki, onu ya 14 və ya 17 saylı CÇM-ə "etap" edəcəklər", o, bildirib.

Ə.Muxtarlı Şəkidəki penitensiar mərkəzdən ötən həftə Şüvəlana gətirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun