"YouTube"nin ofisinə hücumda şübhəli qadının azərbaycanlı olduğu deyilir

"YouTube"nin ofisinə hücumda şübhəli qadının azərbaycanlı olduğu deyilir
4 Aprel 2018
Mətni dəyiş

"YouTube" videoportalının ABŞ-ın Kaliforniya ştatının San Bruno şəhərində yerləşən mənzil-qərargahına silahlı hücum olub.

Abzas.net xarici KİV-ə istinadən xəbər verir ki, insidentə səbəb daxili mübahisə olub.

Hücum edən şəxsin kimliyi məlum olub. Hücumu əslən İrandan olan Azərbaycanlı Nasim Ağdam adlı qadının törətdiyi bildirilir.

Məlumata görə, Nasim Ağdam hadisədən sonra intihar edib.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.

"Facebook" və başqa sosial şəbəkələrdə Nasime Sabz adı ilə qeydiyyatda olan qadının heyvan haqlarını müdafiə edən aktivist olub.

Onun bu hərəkəti etməsinə səbəb kimi "Youtube"nin onun hesabını bloka atması göstərilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun