"Nardaran məhbusu" Əli Kərimlini təbrik etdiyinə görə həbsxanada döyülüb

"Nardaran məhbusu" Əli Kərimlini təbrik etdiyinə görə həbsxanada döyülüb
30 Aprel 2018
Mətni dəyiş

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun saxlandığı Qobustan həbsxanasında döyüldüyü bilirilir.

Abzas.net xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat yayıb.

O.Gülalıyevin bildirib ki, Abbas Hüseynov AXCP sədri Əli Kərimlinin ad günün təbrik etdiyinə görə döyülüb və hazırda vəziyyəti ağırdır:

"Dostlar, az öncə aldığım məlumata görə 20 il həbs cəzasına məhkum edilmiş Müsəlman Birliyi Hərəkatının üzvü, həbsdə olan siyasi məhbus Abbah Hüseyn AXCP sədri Əli Kərimlinin doğum gününü təbrik etdiyinə görə onu Qobustan Qapalı həbsxanasında boğub öldürmək istəyiblər. Abbası vəhşicəsinə döyüb "kars"-a salıblar, hazırda vəziyyəti yaxşı deyil".

Hüquq müdafiəçisi bildirib ki, hakimiyyətin bu davranışları qəbuledilməzdir:

"Müxalif partiya liderini təbrik etdiyinə görə məhbusu boğum öldürmək istəyənlər, Azərbaycan xanımlarını xarici qonaqlara hədiyyə edənlər, 19 yaşlı tələbəni dayısına görə oğurlayıb girov saxlayanlar utanmadan, qızarmadan hələ bizə əxlaqlı siyasət dərsi keçmək istəyirlər".

Penitensiar Xidmət isə A.Hüseynovun döyülməsi barədə yayılan məlumatları təkzib edib.

Xatırlatma

A.Hüseynov 2015-ci il noyabrın 26-da DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin Nardaranda keçirdiyi, altı nəfərin ölümünə səbəb olmuş əməliyyat zamanı həbs olunub. O, ilahiyyatçı Taleh Bağırzadə və digərləri ilə birlikdə dövlət çevrilişinə cəhd, qanunsuz silah-sursat saxlama, dövlətin konstitusion quruluşunu dəyişmə kimi ittihamlarla məhkəmə önünə çıxarılıb.

Onlar ittihamları rədd edib, siyasi sifarişlə həbs olunduqlarını bildiriblər.

A.Hüseynovun bundan əvvəl də Qobustan həbsxanasında işgəncəyə məruz qalması barədə məlumatlar yayılıb.

Onun vəkili olmuş Yalçın İmanov ona işgəncə verilməsi barədə mediaya açıqlama verdiyinə görə Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun