İlham Əliyev Türkiyəyə səfər edib

İlham Əliyev Türkiyəyə səfər edib
24 Aprel 2018
Mətni dəyiş

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, hava limanında onu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar və digər rəsmi şəxslər qarşılayıb

Səfər çərçivəsində İlham Əliyevin VII Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi, həmçinin Türkiyə prezidenti Recep Tayyip Erdoğan ilə görüşəcəyi bildirilir.

Eyni zamanda iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcəyi gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun