“Həbsim İlham Əliyev tərəfindən sifarış edilib”

“Həbsim İlham Əliyev tərəfindən sifarış edilib”
5 Aprel 2018
Mətni dəyiş

Tbilisi Şəhər Məhkəməsinin 6 illiyə azadlıqdan məhrum etdiyi azərbaycanlı cərrah, “Lancet” klinikasının həmtəsisçisi Fərman Ceyranlı həbsxanadan müraciət ünvanlayıb.

Müraciəti təqdim edirik:

“Hamı bilir ki məni- Fərman Ceyranovu, Gözəl Bayramlını, Əfgan Muxtarlını və yüzlərlə Azərbaycan vətəndaşlarını siyasi fikir ayrılığına görə İlham Əliyev rejimi həbs etdirərək zindanlara atdırır və artıq xarici dövlətlərdə belə yaşayanları təqib edir.

Haqqımda qaldırılan cinayət işi qondarma  və əsassız görüntü yaradaraq insanların diqqətini əsas məsələlərdən yayındırmağa xidmət edir. Məhkəmə prossesində həm ifadə verən şahidlərin, Səhiyyə Nazirliyi komissiyasının və ekspertlərin qərarlarına əsasən, bu işin tərkibində  hec bir cinayətin  olmadığı bir daha təsdiqləndi.  Nə xəstələrin əməliyyatında, nə işin təşkilində, nə maliyyə məsəslələrində nöqsan aşkar edilmədi. Xəstələr təcili şəkildə əməliyyat olunduqlarına görə Səhiyyə Nazirliyinin icazəsinə ehtiyac yox idi. bu həm Gürcüstan qanunvericiliyində,  həm də  Ümumi Dünya Səhiyyə Təşkilatının təlimatında qeyd edilir.

Yeganə nöqsan cərrahın Gürcüstan Səhiyyə Nazirliyi tərəfindən verildiyi lisenziyasının müddətinin bitməsi idi,  hansı ki, sonradan 6 ay müddətində yenidən uzadıldı. Bu isə sadəcə olaraq administrativ qanun pozuntusu hesab edilir və buna görə cərrah 1000 lari məbləğində cərimə edildi.  Bu haqda, hətta məhkəmə qərarı da mövcuddur.

Mən isə “Lancet” tibb mərkəzinin təsisçilərindən biriyəm. Xəstəxananın direktoru, baş həkimi, maliyyə direktoru və sair digər qurumları var. Prokurorluq açılan qondarma cinayət işində gələcək uğursuzluğu gördükdə isə “Lancet” tibb mərkəzinə təzədən kompleks yoxlama göndərdi. Bu isə  artıq mənim təqib edilməyimdir.

Beləliklə, mənim həbsim müxalifəti dəstəklədiyimə və onlara əlimdən gələn köməyi etdiyimə görə Azərbaycan dövləti və şəxsən onun prezidenti İlham Əliyev tərəfindən sifarış edilib, Gürcüstan höküməti tərəfindən isə icra edilib. Mənə də 6 il, Əfqan Müxtarlıya da 6 il iş kəsildi.  Sifariş yüz faiz yüksək səviyyədə həyata keçdi. Məqamdan istifadə edərək insan haqları ilə məşğul olan  qeyri-hökümət təşkilatlarına və beynəlxalq təşkilatlara müraciyyət edirəm – biganə qalmayın!”

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun