Gürcüstanın Azərbaycana olan borcu açıqlanıb

Gürcüstanın Azərbaycana olan borcu açıqlanıb
16 Aprel 2018
Mətni dəyiş

Gürcüstanın Azərbaycana olan xarici borcu açıqlanıb.

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat verib.

Bildirilir ki, bu ilin martın 31-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana olan xarici borcu 8,495 mln. dollar təşkil edir.

Gürcüstanın ümumi xarici dövlət borcu aylıq müqayisədə 0,09% azalaraq 5 mlrd. 298,278 mln. dollar təşkil edib. Bu məbləğin 5 mlrd. 211,046 mln. dolları hökumətin payına düşür.

Qonşu ölkənin ən çox Almaniya (297,976 mln. dollar), Yaponiya (222,668 mln. dollar) və Fransaya (216,518 mln. dollar) borcu var.

Gürcüstanın qonşu Türkiyə, Rusiya və Ermənistana  borcu fevral ayı ilə müqayisədə dəyişməz qalaraq, müvafiq olaraq 16,281 mln., 68,159, mln. və 9,710 mln. dollar təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun