Donald Trump: "Rusiya Amerika raketlərini vurmağa hazır olsun"

Donald Trump: "Rusiya Amerika raketlərini vurmağa hazır olsun"
11 Aprel 2018
Mətni dəyiş

ABŞ prezidenti Donald Trump Rusiyanı hazır olmağa çağırıb. Suriya üzərində amerikan raketlərini vurmaq üçün hazır olmağa çağırıb.

Donald Trump bu barədə öz "Twitter" hesabında yazıb.

ABŞ prezidenti bildirib ki, Rusiya Suriya üzərində üçacaq amerikan raketlərini vurmağa hazır olsun:

“Rusiya söz verib ki, Suriya üzərində istənilən raketi vuracaq. Belə olan halda belə raketlərin olmasına hazırlaşsın. Siz öz vətəndaşlarını qazla öldürən və bundan ləzzət alan heyvanla əməkdaşlıq etməyin”.

Rusiyanın Livanda olan səfiri ABŞ-ın Suriyada güc tətbiq edəcəyi təqdirdə atəş nöqtələrini susdurmaq və raketlərini vurmaq hüququnu özündə saxladığını bəyan edib.

Aprelin 6-da Suriyada hakimiyyət qüvvələri Duma şəhərinin azad edilməsi məqsədilə əməliyyata başlayıblar. Duma şəhəri Şərqi Qutada Bashar Assad-ın nəzarətinin xaricində olan sonuncu məntəqədir.

Daha sonra "Reuters" agentliyi Duma şəhərinə xlor bombası atılması və sinir qazından istifadə edilməsi barədə məlumat yayıb.

Buna cavab olaraq Trump aprelin 11-i axşama saatlarına qədər rəsmi Dəməşqin cəzalandırılması ilə bağlı elan verəcəyini açıqlamışdı.

Öz növbəsində Rusiya, Suriyaya zərbələrin endiriləcəyi təqdirdə ciddi fəsadların olacağı barədə xəbərdarlıq edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun