ATƏT müşahidəçilərinin görüşdüyü fəallara təzyiq göstərilir

ATƏT müşahidəçilərinin görüşdüyü fəallara təzyiq göstərilir
5 Aprel 2018
Mətni dəyiş

11 aprel növbədənkənar prezident seçkisi ərəfəsində və seçki günü aşkarlıq və şəffaflığın qarşısının alınması üçün yerli icra hakimiyyətləri səviyyəsində beynəlxalq müşahidəçiliyə məhdudiyyətlər yaradılır.

Bu barədə Facebook səhifəsində Anar Məmmədli yazıb. Onun sözlərinə görə, bölgələrdə çalışan ATƏT-in Uzunmüddətli müşahidə missiyasının üzvləri ilə görüşdən sonra fəallar icra hakimiyyətlərinə çağrılır, sorğu-sual edilir: "Məsələn, indiyədək Quba, Xaçmaz, Qazax, Göyçay və Mingəçevirdən aldığım məlumatlara görə ATƏT müşahidəçiləri ilə yerli siyasi fəalların görüşləri izlənilir, bəzən foto-video çəkilişlər aparılır. Göründüyü kimi hakimiyyət 11 aprel seçkisi ərəfəsində yaratdığı qorxu atmosferini hətta beynəlxalq müşahidəçilərdən də gizlətmir. Bununla da əsas məqsəd vətəndaşların seçki prosesi ilə bağlı fikir və rəylərinin beynəlxalq müşahidəçilərə paylaşmaqdan çəkindirməkdir. Heç şübhəsiz ki, bu proses Prezident Administrasiyası və ya MSK-dan xəbərsiz aparılmır. Bu təzyiqlərin əsas məqsədi ölkədə seçkiqabağı siyasi şəraitlə bağlı faktları beynəlxalq ictimaiyyətdən gizlətməkdir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun