ABŞ Aralıq dənizinə böyük hərbi qüvvə toplayır

ABŞ Aralıq dənizinə böyük hərbi qüvvə toplayır
11 Aprel 2018
Mətni dəyiş

ABŞ "USS Harry Truman" aviadaşıyıcısını və 7 döyüş gəmisini Aralıq dənizinə göndərir.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər aprelin 11-də döyüş təyyarələri ilə Virciniya ştatındakı Norfolk hərbi dəniz bazasından Avropa və Yaxın Şərqdə yerləşdirilməsi üçün yola düşəcək.

Məlumata görə, "USS Harry Truman" aviadaşıyıcısını "USS Normandy" kreyseri, "USS Arleigh Burke", "USS Bulkeley", "USS Forrest Sherman" və "USS Farragut" destroyerləri müşayiət edəcəklər. "USS Jason Dunham" ve "USS The Sullivans" destroyerləri isə gəmi karvanına daha sonra qatılacaq. Gəmilərin göyərtəsində, ümumilikdə, 6500 heyət üzvü olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun