Zuckerberg ABŞ Konqresində ifadə verəcək

Zuckerberg ABŞ Konqresində ifadə verəcək
28 Mart 2018
Mətni dəyiş

Facebook-un rəhbəri Mark Zuckerberg ABŞ Konqresində ifadə verməyə hazırlaşır. Bunu “Reuters” agentliyinə məsələdən xəbərdar mənbə bildirib.

Agentlik yazır ki, bu, Zuckerberg-in konqresmenlərin tələbinə boyun əyməsidir, qanunvericilər ondan 50 milyon istifadəçi barədə informasiyanın siyasi konsultasiya firmasının əlinə necə keçməsinin izahını istəmişdilər.

Bir müddət öncə Cambridge Analytica şirkətinin ABŞ və Britaniyada seçiciləri hədəfə almaq niyyətiylə onların məlumatlarını qanunsuz əldə etməsinə dair informasiya yayıldı. Bundan sonra Birləşmiş Ştatlar və Avropada qanunvericilər Facebook-un konfidensiallığın qorunması sahəsindəki fəaliyyəti barədə daha çox məlumat tələb edirlər.

Britaniyanın dəvəti rədd edilib

Facebook bildirib ki, şirkət Konqresdə ifadə vermək üçün dəvətnamələr alıb və konqresmenlərlə danışıqlar aparılır.

Şirkətin səhmləri martın 16-dan 18 faizədək düşüb. Həmin tarixdə Facebook etiraf etmişdi ki, istifadəçilərin informasiyası qanunsuz olaraq Cambridge Analytica-nın əlinə keçib. Həmin şirkət 2016-cı ildə Donald Trump-ın seçki kampaniyası üçün çalışıb.

Martda texnologiya sektorunda 5,2 faiz azalma baş verib və 2016-cı ilin aprelindən ən pis göstəriciləri ortaya qoyub. Məlumatların oğurlanması investorlarə əndişələndirib. Axı, böyük texnologiya şirkətlərinin konfidensiallığı qoruya bilməməsi reklamçıları çəkindirə, daha sərt nizamlanmaya səbəb ola bilər.

Nümayəndələr Palatasının Enerji və Kommersiya Komitəsinin sözçüsü Elena Hernandez deyib ki, “komitə Facebook-la işləyir, cənab Zuckerberg-in ifadə verməsindən ötrü gününü və vaxtın təyin olunmasına çalışır”.

Zuckerberg elə həmin gün Britaniyalı deputatların parlament komitəsində izahat vermək dəvətini rədd edib.

Şirkət bildirib ki, Britaniyaya onun müavinlərindən biri göndərilə bilər. Texnologiya üzrə baş direktor Mike Schroepfer, yaxud məhsullar üzrə baş direktor Chris Cox-un bu mürəkkəb məsələylə bağlı sualları cavablandırmaqda təcrübələri olduğu bildirilib.

Komitə rəhbəri Zuckerberg-in qərarını “heyrətamiz” adlandırıb, onu bir daha düşünməyə çağırıb.

Şirkət informasiyanın pozulduöunu bildirir

Vaxtilə Cambridge Analytica üçün çalışmış Christopher Wylie bu həftə deyib ki, Kanadanın AggregateIQ şirkətinin hazırladığı proqramla Facebook informasiyasındakı alqoritmlər istifadə olunub və 2016-cı ilin prezident seçkisində respublikaçı seçicilər hədəfə alınıb.

Agentlik AggregateIQ şirkətindən açıqlama ala bilməyib. Cambridge Analytica isə hər hansı Facebook profilini AggregateIQ ilə paylaşmadığını bildirib.

Cambridge Analytica deyir ki, Trump-ın seçki kampaniyasında Facebook informasiyasından istifadə olunmayıb, 2014-cü ildə üçüncü tərəfin app-si vasitəsiylə əldə edilmiş Facebook informasiyası pozulub, belə ki, bu informasiyaya çıxış zamanı konfidensiallıq qaydalarına əməl olunmadığı üzə çıxıb.

Bu həftə Britaniya və ABŞ-da qəzetlərin bəzi səhifələri bütünlükdə Zuckerberg-in açıqlamasına həsr olunub. O deyib ki, universitet tədqiqatçısının hazırladığı app “2014-cü ildə milyonlarla adamın Facebook informasiyasını sızdırıb”.

Zuckerberg ötən həftə şirkətin səhvlərinə görə üzr istəmişdi.

ABŞ Senatının ədliyyə, Nümayəndələr Palatasının Enerji və Kommersiya, senatın Kommersiya komitələri Zuckerberg-i ifadə verməyə dəvət edib.

ABŞ Federal Ticarət Komissiyası isə bazar ertəsi şirkətlə bağlı təhqiqata başladığını açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun