Türkiyənin ən böyük media qurumlarından "Dogan Media Group" Erdoğan-ın nəzarətinə keçir

Türkiyənin ən böyük media qurumlarından "Dogan Media Group" Erdoğan-ın nəzarətinə keçir
22 Mart 2018
Mətni dəyiş

Martın 22-də Dogan Holding Dogan Media Group-un satılması üzrə danışıqlara başladığını bəyan edib.

Abzas.net xəbər verir ki, bəyanatda Dogan Media Group-un Erdogan Demiroren-in Demiroren Group-na 1 milyard dollara satılması üzrə danışıqların baılandığı bildirilir.

Türkiyənin ən böyük media qurumlarından olan "Dogan Media Group"-u almağa hazırlaşan Erdogan Demiroren Türkiyə prezidenti Recep Tayyip Erdogan-ın yaxın dostudur.

Bu, Türkiyədə hökumətin mətbuat üzərində nəzarətini daha da gücləndirə biləcəyi sarıdan narahatlığı artırıb.

Türkiyənin bir çox tanınmış media orqanları Dogan Media Group-un tərkibindədir. Buraya Hurriyet qəzeti, Milliyet qəzeti, Fanatik idman qəzeti, CNN-Turk xəbər xidməti, Kanal-D və Star televiziyaları və digər media orqanları daxildir.

Martın 21-də Türkiyə parlamenti xəbər yayımçıları daxil olmaqla, bütün onlayn yayım platformalarının ölkənin yayım şurasının nəzarətinə verilməsini nəzərdə tutan qanunvericilik qəbul edib.

Müxalifət “senzura” adlandırdığı bu qanun onlayn yayım üçün şuradan lisenziya almağı tələb edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun