Trump Tillerson-u istefaya göndərib: Yeni dövlət katibi Pompeo olacaq

Trump Tillerson-u istefaya göndərib: Yeni dövlət katibi Pompeo olacaq
13 Mart 2018
Mətni dəyiş

ABŞ prezidenti Donald Trump Rex Tillerson-u ABŞ dövlət katibi vəzifəsindən istefaya göndərib.

Azbas.net xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.

Trump öz "Twitter" səhifəsində bu günə kimi gördüyü işlərə görə Tillerson-a təşəkkür edib.

Bildirilir ki, Tillerson-u bu postda Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mike Pompeo əvəz edəcək.

Donald Trump yeni dövlət katibi M.Pompeo-nun bu vəzifədə uğurlu olacağına əmin olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun