Rusiyanın Azərbaycandakı səfirliyində səsvermənin nəticələri bəlli olub

Rusiyanın Azərbaycandakı səfirliyində səsvermənin nəticələri bəlli olub
19 Mart 2018
Mətni dəyiş

Rusiyada keçirilən prezident seçkiləri ilə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyində açılan seçki məntəqəsində 1517 Rusiya vətəndaşı səs verib. 

Bu barədə səfirliyin mətbuat xidməti məlumat verib.

Diplomatik korpusdan verilən açıqlamada bildirilib ki, seçkil ilə bağlı heç bir şikayət daxil olmayıb.

Səsvermənin yekunlarına dair bu nəticələr qeydə alınıb: Vladimir Putin - 1252 səs (83,3%), Pavel Qrudinin - 119 səs (7,92%), Vladimir Jirinovski - 35 səs (2,33%), Kseniya Sobchak - 57 səs (3,79%), Griqori Javlinski - 17 səs (1,13%), Boris Titov - 11 səs (0,73%), Maksim Suraikin - 7 səs (0,47%), Sergei Baburin - 5  səs (0,33%).

Səfirlik seçkilərin təşkilində göstərdiyi köməyə görə Azərbaycan hökumətinə minnətdarlıq edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun