Rusiyada prezident seçkisi keçirilib

Rusiyada prezident seçkisi keçirilib
19 Mart 2018
Mətni dəyiş

Bu gün, martın 18-də Rusiyada prezident seçkiləridir.

Səsvermə Moskva vaxtı ilə 8.00-dan başlayıb 20.00-dək davam edəcək.

Ümumilikdə, ölkədə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdə fəaliyyət göstərir.

Rusiya prezidenti postu uğrunda 8 namizəd mübarizə aparır.

Bunlar Ksenia Sobchak (Vətəndaş təşəbbüsü qrupu), Maksim Suraikin (“Rusiya komministləri”), Pavel Grudinin (Kommunist Partiyası), Boris Titov (biznes ombudsmanı), Sergei Baburin (Ümumxalq İttifaq Partiyası​), Grigory Yavlinsky (Yabloko partiyası), Vladimir Zhirinovsky (Liberal-demokrat Partiyası) və ​Vladimir Putindir (hazırkı dövlət başçısı).

***

Rusiyanın Azərbaycandakı səfirliyində səsvermə məntəqəsi yaradılıb. Burada həm Azərbaycanda çalışan Rusiya vətəndaşları, həm də rusiyalı turistlər səs verib. Seçki komissiyasının üzvü Denis Apaşkin səyyar səsvermə də təşkil edilib – Lənkəran, Şəki və Gəncədə. Bundan başqa Bakıda xəstələnən, seçki məntəqəsinə gələ bilməyən seçicilərin evinə də seçki qutusu göndərilib.

Onun sözlərinə görə, martın 19-da səfirliyin saytında Azərbaycanda nə qədər insanın səs verdiyi, kimə səs verdiyi barədə məlumat yerləşdiriləcək.

***

Rusiyanın "İnterfaks" agentliyi yazır ki, Moskva vilayətinin Lyubertsı şəhərində - seçki məntəqəsində qutuya topa bülleten atılması halı aşkarlanıb. Faktı müçahidə kamerası qeydə alıb. MSK bildirib ki, fakt araşdırılacaq, həmin məntəqədə səslərin ya hamısı, ya da müəyyən hissəsi etibarsız sayılacaq.

***

Moskva vaxtilə saat 17 00-a olan məlumata görə, ölkədəki seçicilərin yarıdan çoxu artıq səs verib - 51,9 faizi.

Bu haqda MSK məlumat yayıb.

***

​Moskvada iki seçki məntəqəsində pozuntulara görə səsvermə qutularını möhürləyəcəklər, səsvermə nəticələri isə etibarsız sayılacaq.

Bu barədə Moskva Seçki Komissiyasının sədri Valentin Qorbunov bildirib.

Hər iki məntəqədə seçicilərdən birinin iki dəfə səs verdiyi məlum olub. Qorbunov həmin seçicilərin cərimələnəcəyini deyib.

***

Rusiyanın Ukraynanın Odessa şəhərindəki konsulluğu polis və ictimai fəallar tərəfindən mühasirəyə alınıb. Diplomatik statuslu şəxslərdən başqa konsulluq tərəfə kimsə buraxılmır, Rusiya vətəndaşlarının səs verməsinə icazə yoxdur.

İki gün əvvəl Ukrayna hökuməti bildirmişdi ki, martın 18-də onun ərazisində seçki keçirməsinə imkan verməyəcək. Səbəb Rusiyanın işğal etdiyi Krımda da seçki keçirməsidir.

Rusiya tərəfi isə Ukraynanı beynəlxalq hüquqa zidd hərəkət etməkdə günahlandırıb.

***

Mərkəzi Seçki Komissiyasının məlumata görə. seçicilərin aktivliyi çox yüksəkdir və hələ ki 2012-ci ilin prezident seçkilərinin eyni saatları ilə müqayisədə 2,5 dəfə çoxdur:

"Əgər 2012-ci ildə Moskva vaxtilə saat 10-da seçicilərin 6,53 faizi səs vermişdisə, bu seçkidə həmin göstərici 16,55 faiz təşkil edib"

***

“Mənə prezident vəzifəsini yerinə yetirmək hüququ verən istənilən səs faizini müvəffəqiyyət hesab edirəm”.

“RİA Novosti” agentliyinin xəbərinə görə, bu sözləri Rusiya dövlət başçısı Vladimir Putin prezident seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun