Qəzza zolağında baş verən toqquşmalarda 17 nəfər ölüb, 1500-dək insan xəsarət alıb

Qəzza zolağında baş verən toqquşmalarda 17 nəfər ölüb, 1500-dək insan xəsarət alıb
31 Mart 2018
Mətni dəyiş

Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib.

Abzas.net xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 17 nəfər fələstinli ölüb. Bunu Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mansour bəyan edib.

Daha 1500 nəfərin müxtəlif növ xəsarətlər aldığı bildirilir.

R.Mansour-un sözlərinə görə, ölənlər arasında uşaqlar da var:

“Hazırda toqquşmalar nəticəsində 17 fələstinlinin öldüyü təsdiqlənib. Onların arasında həddi -büluğa çatmayan uşaqlar da var. 1500-dək insan müxtəlif dərəcəli xəsarətlər alıb”.

Martın 30-da, Fələstin torpaqlarının işğalı günü kimi qeyd olunan "Torpaq günü"də minlərlə fələstinli qaçqınların doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar keçirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun