Müxalifətin növbәti birgə mitinqi 31 marta tәyin edildi

Müxalifətin növbәti birgə mitinqi 31 marta tәyin edildi
16 Mart 2018
Mətni dəyiş

Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyası növbəti birgə mitinq keçirmək barədə qərar verib.

Bu barədə Müsavat Partiyasının mətbuat xidmətinin məlumatında bildirilir.

Birgə mitinqin martın 31-də keçirilməsi qərara alınıb.

Mitinqdə “Azad seçki!”, “Korrupsiyaya yox!”, “Monarxiyaya yox!” və “Siyasi məhbuslara azadlıq!” kimi şüarların səslənəcəyi bildirilir.

Aksiyanın təşkilatçıları bildiriblər ki, mitinq günü daşnak-bolşevik birləşmələrinin Bakı və Azərbaycanın bir sıra bölgələrində törətdikləri qırğının 100 illiyinə təsadüf edir. Ona görə, bu mitinqdə mart qırğınlarını pisləyən və Azərbaycana qarşı törədilən cinayətlərdə əli olanların cəzalandırılmasının tələb ediləcəyi şüarların səsləndiriləcəyi də gözlənir.

Təşkilatçılar aksiya ilə bağlı bu gün, martın 16-da Bakı Şəhər İcra Hakimiyyətinə müraciət təqdim ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun