Kabildə partlayış: azı 26 nəfər ölüb, 18 nəfər yaralanıb

Kabildə partlayış: azı 26 nəfər ölüb, 18 nəfər yaralanıb
21 Mart 2018
Mətni dəyiş

Bu gün Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.

Abzas.net xarici KİV-ə istinadən xəbər verir ki, partlayış Kabil Universiteti yaxınlığında baş verib.

Hadisə Novruz bayramı ilə əlaqədar yığıncaq zamanı törədilib.

Partlayış nəticəsində azı 26 nəfər həlak olub. Daha 18 nəfərin yaralandığı bildirilir.

Hadisənin terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun