İsveç şirkəti "Azərcell"dəki payını satdı

İsveç şirkəti "Azərcell"dəki payını satdı
5 Mart 2018
Mətni dəyiş

İsveçin “Telia” şirkəti “Azercell Telecom"dakı payını satıb.

“Reuters” agentliyi xəbər verir ki, söhbət Şirkətin mobil rabitə operatorunda 51,3%-lik paydan gedir.

Həmin pay 222 mln. avroya (273,5 mln. ABŞ dollarına) Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “AzInTelecom" MMC-yə satılıb.

Bununla da telekommunikasiya nəhəngi "Telia" Azərbaycan bazarını tərk edib. Qeyd edək ki, oxşar qərar bundan əvvəl Nepal, Tacikistan və Gürcüstanla bağlı qəbul edilib. Hazırda Şirkət Özbəkistan, Qazaxıstan və Moldovada fəaliyyət göstərir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun