İlham Əliyev Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini qəbul edib

İlham Əliyev Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini qəbul edib
5 Mart 2018
Mətni dəyiş

Prezident İlham Əliyev Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini qəbul edib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, İlham Əliyev Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita-nı qəbul edib.

Azərbaycan və Mərakeşin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik göstərdiyini deyən İlham Əliyev, hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı sürətdə dəstəklənməsinin önəmini qeyd edib.

İlham Əliyev iqtisadi əlaqələrin, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib, bu baxımdan, qarşılıqlı ticarətin artırılmasının, investisiya imkanlarının araşdırılmasının önəmli olduğunu qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun