Hökumət yoxsulların sayı ilə bağlı necə oyun qurub? - Rövşən Ağayev

Hökumət yoxsulların sayı ilə bağlı necə oyun qurub? - Rövşən Ağayev
8 Mart 2018
Mətni dəyiş

Rövşən Ağayev

Yaşayış minimumu haqqında qanunda ziddiyət var və bu ziddiyət yoxsulluq göstəricisilə manevr üçün şərait yaradır. Belə ki, adıçəkilən qanunun 1.0.6-cı maddəsinə görə aztəminatlı ailə o ailədir ki, üzvlərinin adambaşına orta aylıq gəlirləri ehtiyac meyarının məbləğindən aşağı olsun. Burda "aztəminatlı" sözü "yoxsul" sözünün sinonimi kimi işlənir. Hazırda ehtiyac meyarının məbləği 130 manatdır. Lakin elə həmin qanunun 4.4-cü maddəsində qeyd olunur ki, yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir. Hazırda isə yaşayış minimumunun orta məbləği ehtiyac meyarından 25% (işləyənlər üçün yaşayış minimumu hətta 30%) yüksəkdir. Məntiq də, hüquq da onu deyir ki, qanunun 2 fərqli ad altında təqdim etdiyi sosial normanın hər ikisinin aztəminatlılığın səviyyəsini müəyyən etdiyi yazılırsa, onların hər ikisinin məbləği də eyni olmalıdır. İş ondadır ki, hökumət rəsmi yoxsulluq səviyyəsini yaşayış minimumunun dəyəri ilə ölçməli olduğu halda, məbləği heç bir sosial-iqtisadi əsaslanmaya söykənməyən ehtiyac meyarı əsasında bəyan edir. Ünvanlı sosial yardım alanların ümumi əhalidə xüsusi çəkisi rəsmi yoxsulluq göstəricisi kimi elan olunur. Nəzərə alaq ki, hazırda hətta rəsmi statistikaya gərə adambaşına aylıq gəliri ehtiyac meyarının və yaşayış minimumunun məbləği arasında yerləşən minlərlə insan var. Qısası, təkcə elə yoxsulluğun yaşayış minimumuna əsasən bəyan ediməsi rəsmi kasıblıq göstəricisini indikindən xeyli yüksək edər. Bunun ardınca isə yaşayış minimumunu formalaşdıran istehlak səbətlərinin strukturunu, həmçinin istehlak normalarını adambaşına milli gəlir səviyyəsinə görə yuxarı orta gəlirli ölkələrin (Dünya Bankının təsnifatına görə 4086 dollardan yüksək) standartına uyğunlaşdırırsan. Bu 2 addımdan sonra ortaya çıxan rəsmi yoxsulluq göstəricisi gerçəkliyə daha yaxın rəqəm olacaq...

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun