Deputat: "Çox yaxşı olardı ki, Elmar Məmmədyarov öz təşəbbüsü ilə istefaya getsin"

Deputat: "Çox yaxşı olardı ki, Elmar Məmmədyarov öz təşəbbüsü ilə istefaya getsin"
30 Mart 2018
Mətni dəyiş

Martın 30-da Azərbaycan Milli Məclisinin xüsusi iclası keçirilib.

İclasda deputatlardan biri xarici işlər naziri Elmar Məmmədyarovu istefaya çağırıb.

Belə ki, 31 mart soyqırımına həsr olunmuş xüsusi iclasda çıxış edən deputat Fəzail Ağamalı bildirib ki, Xarici İşlər Nazirliyi Azərbaycan prezidentinin yürütdüyü hücum diplomatiyasına adekvat işləmir.

Fəzail Ağamalının sözlərinə görə, Azərbaycan həqiqətlərinin dünyada təbliği və haqqının tanınması üçün nazir Elmar Məmmədyarovun fəaliyyəti kifayət deyil. O bildirib ki, nazirin fəaliyyəti prezidentin müəyyən etdiyi prioritetə uyğun gəlmir:

“Bu olduqca ağır mənzərədir. Çox yaxşı olardı ki, Elmar Məmmədyarov heç olmasa öz təşəbbüsü ilə istefaya getsin”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun