Britaniyada Azərbaycan mənşəli mülkiyyətə təhlükələr yaranır - Qubad İbadoğlu

Britaniyada Azərbaycan mənşəli mülkiyyətə təhlükələr yaranır - Qubad İbadoğlu
27 Mart 2018
Mətni dəyiş

Qubad İbadoğlu

Rusiya küncə sıxışdırılır

122 rus diplomatı (ABŞ - 60, Böyük Britaniya - 23, Ukrayna -13, Almaniya - 4, Fransa - 4, Polşa -4, Litva - 3, Çexiya -3, Hollandiya - 2, Danimarka - 2, İtaliya - 2, Latviya - 1, Estoniya - 1) xidmət etdikləri ölkələrdəki konsulluqlarından və beynəlxalq təşkilatlardan qovulur. Bu siyahı son deyil, çox şübhəsiz ki, davamı olacaq. Bu öncə Rusiya qarşı açılmış cəbhənin diplomatik savaşıdır. Bu savaşı başlayanlar Putinin aqresiyalarına görə Rusiyanı müasir dünyadan, sivil cəmiyyətdən tədric etmək niyyətindədirlər. Rusiyanın açıq-aşkar görünən izolyasıyası yalnız diplomatik münasibətlər çərçivəsinin daralmasnda deyil, həm də beynəlxalq inteqrasıyadan bəhrələnmək potensialının məhdudlaşdırılması sahəsində də müşahidə olunacaq. Bu isə o deməkdir ki, "Putin Rusiyası" itkilərini həm siyasi və həm də iqtisadi müstəvidə bərpa etmək üçün Azərbaycan kimi orbitində və yaxın çevrəsində olan ölkələri daha çox özünə doğru çəkəcək. Bununla yanaşı, Rusiya-İran, Rusiya-Türkiyə münasibətləri daha da intensivləşəcək. Təəssüf ki, Azərbaycan da bu həlqənin mərkəzində yer alacaq. Bundan əlavə, Rusiya izolyasiyadan xilas olmaq üçün Çin, Hindistan, Meksika, Braziliya kimi nəhənglərlə də daha sıx ticari-iqtisadi ilişgilərə can atacaq. Bütün bunlar Rusiyanı xilas edə biləcəkmi? Putinə yaxın oliqarxların biznesi üzərində qurulan Rusiya iqtisadiyyatı şübhəsiz ki, ciddi zərbələr alacaq, əgər sanksiyalar davamlı və ünvanlı olarsa iqtisadiyyat hətta çokə bilər. Bu zaman daxildə yaranan lokal sosial narazılıqlar siyasi tələblərə hədəflənərsə, onun genişlənən və güclənən dalğası Rusiyanı dağıda da bilər. Düşünürəm ki, yaxın dövr üçün Rusiyanın gerçək vəziyyəti bu ssenaridəki kimi olacaq.

Görünür ki, Sergey Skripalin öldürülməsi Rusiyaya "baha" başa gələcək. Unutmayaq ki, burda "ingilis barmağ"ı da var.Yenicə qüvvəyə minmiş "Kriminal maliyyə vəsaitləri haqqında" Qanuna görə dəyəri 50 min funt sterlinqdən çox olan əmlakın mənbəyi təsdiq olunmazsa, dövlət orqanları onun üzərində sərəncam vermək hüququna malikdir. Belə sərəncamlara həbs və müsadirə də aiddir. Odur ki, Britaniyada olan Azərbaycan mənşəli əmlakların başı üzərində də qara buludlar dolaşır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun