Bakıda ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransı keçirilir

Bakıda ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransı keçirilir
13 Mart 2018
Mətni dəyiş

Martın 13-də Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun  "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda beynəlxalq konfransı başlayıb. 

Konfransın moderatoru ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev olacaq. 

Konfransda ATƏT PA-nın sədri Giorgi Tsereteli, Monteneqronun ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri İvan Brajovic, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Monqolustan xarici işlər naziri, Monqolustanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Sogbatar Damdin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin baş katibi Asəf Hacıyev, TRASECA Hökumətlərarası Komissiyasının daimi katibliyinin baş katibi Mircea Ciopraga, Çinin Azərbaycandakı səfiri Vei Cinhua məruzə ilə çıxış edəcəklər.

Beynəlxalq konfransda "Qarşılıqlı faydalı əməkdaşlığın və ticarət əlaqələrinin möhkəmləndirilməsi", "Nəqliyyat və logistika prosedurlarının sadələşdirilməsi, "Etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği" mövzularında panellər təşkil ediləcək.

Beynəlxalq konfransın sonunda Bakı Bəyannaməsi qəbul olunacaq. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun