Azərbaycan Gürcüstana qaz ixracını 5%-dək artırıb

Azərbaycan Gürcüstana qaz ixracını 5%-dək artırıb
19 Mart 2018
Mətni dəyiş

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstana 89 mln. 839,7 min ABŞ dolları dəyərində 429 min 748,9 kubmetr qaz ixrac edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin açıqladığı statistikada qeyd edilib.

2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ixrac edilən qaz həcm baxımından 19 min 937,1 kubmetr və ya 4,86% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə ixrac 7 mln. 240,4 min dollar və ya 8,77% çoxdur.

Ötən ilin iki ayında Gürcüstandan Azərbaycana 82 mln. 599,3 min dollar dəyərində 409 min 811,8 kubmetr yanacaq qazı və digər qazları ixrac edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun