ATƏT Rusiyada seçkiyə qiymət verib: "Əsl rəqabət mühiti yaradılmayıb"

ATƏT Rusiyada seçkiyə qiymət verib: "Əsl rəqabət mühiti yaradılmayıb"
19 Mart 2018
Mətni dəyiş

Martın 19-da Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Rusiyada keçirilən prezident seçkiləri bağlı mətbuat konfransı keçirilib.

ATƏT-in qısamüddətli müşahidə missiyasının lideri və xüsusi əlaqələndirici Michael Georg Link Rusiyada prezident seçkisində “əsl rəqabət” mühitinin yaradılmadığını və seçicilərin real seçimi olmadığını bildirib:

“Fundamental sərbəst toplaşma, birləşmə və ifadə azadlıqlarına məhdudiyyətlər siyasi iştirak məkanını daraldıb və sonucda əsl rəqabətin olmadığı bir mühit yaranıb”.

Artıq bülletenlərin 99,8 faizi sayılıb və MSK hazırkı prezident Vladimir Putin-in səslərin 76,7 faizini topladığını bildirir.

Link deyib ki, ATƏT-in fikrincə, komissiya seçkini nizamlı keçirib, effektli idarə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun