AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri prezident seçkilərini müşahidə edəcəklər

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri prezident seçkilərini müşahidə edəcəklər
22 Mart 2018
Mətni dəyiş

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cezar Florin Preda və Stefan Schennach Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı səsvermə prosesini müşahidə edəcəklər.

Bu barədə AŞPA-nın rəsmi saytında məlumat verilib.

Onlar AŞPA müşahidə missiyasının tərkibində səsvermə ərəfəsində Azərbaycana səfər edəcəklər.

Missiyaya həmçinin Venesiya Komissiyasının üzvü Eric Holmoivik daxil edilib.

AŞPA Azərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə prosesini ATƏT/DTİHB və ATƏT PA ilə koordinasiyalı şəkildə müşahidə edəcək. Viorel Richard Badeanın rəhbərlik edəcəyi missiyaya 33 nəfər daxildir.

Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun