Ali Məhkəmə yenidən Mehman Hüseynovun şikayətinə baxacaq

Ali Məhkəmə yenidən Mehman Hüseynovun şikayətinə baxacaq
5 Mart 2018
Mətni dəyiş

Həbsdəki videobloqqer Mehman Hüseynovun işinə Ali Məhkəmədə yenidən baxılacaq.

Şikayətdə M.Hüseynova qarşı ittihamlar əsassız olduğundan onun barəsində bəraət hökmünün çıxarılması istənilir.

Bu barədə bloqqerin vəkillərindən olan Fuad Ağayev məlumat verib. Vəkil bildirib ki, müdafiə tərəfinin Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayəti artıq icraata götürülüb.

Bloqqerin şikayətinə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi məhkəmə heyəti baxmalıdır.

Məhkəmənin vaxtı hələlik bəlli deyil.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun