YAP Ilham Əliyevin namizədliyini irəli sürüb

YAP Ilham Əliyevin namizədliyini irəli sürüb
8 Fevral 2018
Mətni dəyiş

Fevralın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı baş tutub.

Abzas.net xəbər verir ki, qurultayda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, hazırki prezident İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

İlham Əliyevin 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə qurultayın qərarını YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov təqdim edib.

Bununla da, 2003-cü ildən Azərbaycana rəhbərlik edən İlham Əliyev 4-cü dəfə prezidentliyə namizəd oldu.

Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-nə təyin olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun