Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri ilə görüşüb

Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri ilə görüşüb
7 Fevral 2018
Mətni dəyiş

Milli Məclisin sədri Oqtay Əsədov Rusiyanın paytaxtı Moskvada səfərdədir.

Səfər çərçivəsində Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Viacheslav Volodin ilə görüşüb.

Dövlət Dumasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin, parlamentlərarası əlaqələrin inkişafının müzakirə edildiyi bildirilir. Fevralın 7-də Rusiya Dövlət Dumasında Rusiya-Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan sərgi ilə əlaqədar olaraq Milli Məclisin sədri Oqtay Əsədov Moskvaya səfər edib.

Sərginin rəsmi açılış mərasimində Viacheslav Volodin və Oqtay Əsədov da iştirak edəcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun