Müsavat Partiyası prezident seçkisində iştirak etməyəcək

Müsavat Partiyası prezident seçkisində iştirak etməyəcək
10 Fevral 2018
Mətni dəyiş

Fevralın 10-da Müsavat Partiyası Məclisinin növbədənkənar sessiyası keçirilib.

Sessiyada aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri müzakirə edilib.

Müzakirələrdən sonra Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib.

Partiyanın başqanı Arif Hacılı bildirib ki, Müsavat seçkilərə qoşulmasa da, seçki saxtakarlığına qarşı fəal mübarizə aparacaq. Arif Hacılı bu mübarizəni demokratik düşərgədə olan digər partiya və təşkilatlarla birgə aparmağa hazır olduqlarını da açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun