İlham Əliyev Müqəddəs Taxt-Tacın nümayəndə heyətini qəbul edib

İlham Əliyev Müqəddəs Taxt-Tacın nümayəndə heyətini qəbul edib
10 Fevral 2018
Mətni dəyiş

Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, Roma Papası I Francisco-nun fərmanı ilə Azərbaycan Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete-nin yepiskop rütbəsinə yüksəldilməsinin çox sevindirici hadisə olduğunu deyən arxiyepiskop Paul Richard Gallagher bunun Müqəddəs Atanın ölkəmizdəki katolik icmasına və Azərbaycan ilə əlaqələrə verdiyi önəmin mühüm göstəricisi olduğunu bildirib.

Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Paul Richard Gallagher-in Azərbaycana səfərinin səmərəli keçəcəyinə ümidvar olduğunu bildirdi, səfərin iki dövlət arasında mövcud olan tərəfdaşlıq əlaqələrini möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı Azərbaycanın nümunəvi multikultural və tolerant bir ölkə kimi dinlərarası və mədəniyyətlərarası dialoqa böyük töhfə verdiyi qeyd edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun