İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
7 Fevral 2018
Mətni dəyiş
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib. Bildirilir ki, İlham Əliyev fevralın 7-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stephane Visconti-ni, Rusiyadan olan həmsədri İqor Popov-u, ABŞ-dan olan həmsədri Andrew Schofer-i və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasperchik-i qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun