Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb

Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb
17 Fevral 2018
Mətni dəyiş

London şəhərində Azərbaycan Respublikası və Böyük Britaniya müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, tədbirdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, eləcə də regional təhlükəsizlik və digər maraq doğuran məsələlər müzakirə olunub.

Danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2018/2019-cu maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun