ATƏT cəbhə bölgəsində monitorinq keçirib: insident baş verməyib

ATƏT cəbhə bölgəsində monitorinq keçirib: insident baş verməyib
6 Fevral 2018
Mətni dəyiş

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 6-da Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Monitorinq zamanı insidentin baş vermədiyi bildirilir.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasperchik və onun səhra köməkçisi Micheil Olaru keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Ognen Jovich və Martin Shuster keçiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun