ABŞ-ın Türkiyədəki səfirliyinin yerləşdiyi küçəyə "Zeytun Budağı" adı verilib

ABŞ-ın Türkiyədəki səfirliyinin yerləşdiyi küçəyə "Zeytun Budağı" adı verilib
19 Fevral 2018
Mətni dəyiş

ABŞ-ın Ankaradakı səfirliyinin yerləşdiyi “Nevzat Tandoğan” küçəsinin adı dəyişdirilib.

Abzas.net Türkiyə KİV-ə istinadəb xəbər verir ki, ABŞ səfirliyinin yerləşdiyi küçəyə  “Zeytun Budağı” adı verilib.

Küçəyə Türkiyənin Afrində apardığı əməliyyatın adı olan “Zeytun Budağı”-nın verilməsin təsadüfi olmadığı bildirilir. Bir müddət öncə Türkiyə ABŞ-ı Afrində yerləşmiş YPG silahlılarına tırlarla silah verməkdə ittiham etmişdi.

2018-ci il yanvarın 20-də Türkiyə PYD/YPG silahlıları ilə mübarizə aparmaq üçün Afrində əməliyyatlara başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun