2018-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarının büdcəsi bəlli olub

2018-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarının büdcəsi bəlli olub
7 Fevral 2018
Mətni dəyiş

Cənubi Koreyanın Pxençxan şəhərində təşkil olunacaq XXIII Qış Olimpiya Oyunlarının büdcəsi bəlli olub.

Abzas.net xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Thomas Bach açıqlama verib.

Fevralın 7-də mətbuat konfransında çıxış edən Thomas Bach Təşkilat Komitəsinin büdcəsinin 2,4 milyard dollar olduğunu bəyan edib.

2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilmiş Olimpiada 2,5 milyard dollara başa gəlmişdi.

Pxençxan Qış Olimpiya Oyunları 9 – 25 fevralda keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun