19 yaşlı əsgər həlak olub

19 yaşlı əsgər həlak olub
27 Fevral 2018
Mətni dəyiş

Fevralın 26-da Azərbaycan ordusununun daha bir əsgəri - Salyan rayonu hərbi komissarlığından hərbi xidmətə çağırılan Qurban Xanlar oğlu Cəfərovun həlak olduğu bildirilir.

Məlumatı mərhumun qohumu İlkin Hüseynov öz “Facebook” səhifəsində paylaşıb. 19 yaşlı Q.Cəfərov Salyan rayonu Dayıkənd kənd sakinidir. Məlumata görə, o, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən atışma nəticəsində həlak olub.

Müdafiə Nazirliyi rəsmi məlumat yaymayıb. Yaxınlarının sözlərinə görə, Q.Cəfərov Neftçala rayonu Xol Qarabucaq kəndində babasının məzarının yanında dəfn edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun