'The Economist' Ermənistanı "İlin ölkəsi" elan etdi

'The Economist' Ermənistanı "İlin ölkəsi" elan etdi
19 Dekabr 2018
Mətni dəyiş

The Economist jurnalı Ermənistanı “İlin ölkəsi” adlandırıb. Məcmuə bildirir ki, bu ölkə, küçə etirazları hökuməti dinc yolla dəyişdikdən sonra “demokratiya və yenilənmə şansı” əldə edib.

Azadlıq Radiosunun məlumatına görə, Londonda çıxan jurnal dekabrın 18-də yazıb ki, keçmiş antikorrupsiya jurnalisti və müxalifətçi millət vəkili Nikol Pashinian “korrupsiya və səriştəsizliyə qarşı etirazların dalğası ilə legitim və qaydalı şəkildə hakimiyyətə gəlib”.

Pashinian-ın may ayından başlatdığı etiraz aksiyaları uzun müddətdə prezidentlik etmiş Serzh Sarkisian-ın istefası ilə nəticələnib.

Pashinian-ın “Mənim addımım” alyansı dekabrın 9-da keçirilmiş parlament seçkisində səslərin 70 faizinə sahiblənərək qalib gəlib.

The Economist yazır: “Putinsayağı hakim devrilib və heç kəs öldürülməyib. Rusiyaya müdaxilə bəhanəsi verilməyib. Təlatümlü regionda yerləşən, qədim və çox vaxt da düzgün idarə olunmayan ölkə indi demokratiya və yenilənmə imkanı qazanıb”.

Lakin həftəlik jurnal yazır ki, Ermənistanın Azərbaycanla separatçı Dağlıq Qarabağ regionuna görə xatalı münaqişəsi “hələ də həllini tapmayıb və yenidən alovlana bilər”.

The Economist jurnalı 2013-cü ildən başlayaraq “İlin ölkəsini” müəyyən edir.

Bu titul “son 12 ayda ən böyük yaxşılaşma nümayış etdirmiş” ölkələrə verilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun