Oktyabrda bankların nağd dollar satışı azalıb

Oktyabrda bankların nağd dollar satışı azalıb
5 Dekabr 2018
Mətni dəyiş

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən bu ilin oktyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 40 625,5 min ABŞ dollarının xalis satışı həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankının yaydığı xəbərə görə, bu da ötən ayla müqayisədə 42 384 min dollar və ya 2 dəfə çoxdur.

Məlumata əsasən, oktyabr ayında banklar tərəfindən nağd dolların alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 394 594,7 min dollar olub ki, bunun da 217 610,1 min dollarını satış, 176 984,6 min dollarını alış əməliyyatları əhatə edib.

Bankların satışı əvvəlki ayla müqayisədə 19 652 min dollar və ya 8,3% azalıb, alışı isə 22 732 min dollar və ya 14,7% artıb.

Ümumilikdə, bu ilin yanvar-oktyabr ayları ərzində banklar tərəfindən əhaliyə 2 mlrd. 605 mln. 526,4 min nağd dollar satışı həyata keçirilib. Bu müddətdə əksinə əhalidən 1 mlrd. 701 mln. 26,4 min nağd dollar alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun