Netanyahu-lar yenə korrupsiyada günahlandırılır

Netanyahu-lar yenə korrupsiyada günahlandırılır
3 Dekabr 2018
Mətni dəyiş

İsrailin istintaq orqanı baş nazir Benjamin Netanyahu və xanımı Sara Netanyahuya qarşı rüşvətxorlıq, fırıldaqçılıq və ictimai etimadı pozma maddələri ilə ittiham irəli sürməyi tövsiyə edib.

Azadlıq Radiosunun məlumatına görə, bu barədə “Jerusalem Post” qəzeti yazır.

Mənbənin yazdığına görə, bu tövsiyənin açıqlanmasına baş prokuror Avichai Mandelblit (Aviçay Mandelblit) icazə verib.

İndi baş prokuror rəsmi ittihamla bağlı yekun qərar verməlidir.

Söhbət “4000 işi”ndən gedir.

Baş nazirdən başqa bir sıra yüksək səviyyəli məmurlar da korrupsiyada şübhəli bilinir.

Bu hökumətin istefasına səbəb ola bilər.

2014-2017-ci illərdə Netanyahu rabitə naziri olub.

İstintaqın məlumatına görə Netanyahu bu illər ərzində, onun fəaliyyətinin müsbət işıqlandrılması müqabilində “Bezek” şirkətinin gəlir əldə etməsinə kömək edib.

Bu şirkətə baş nazirin köhnə dostu Shaul Shaul Elovitch rəhbərlik edir.

Elovitch-də polisin məhkəməyə cəlb etmək istədiyi şəxslərdən biridir.

Amma istintaq lazımınca sübut olmadığından baş nazirin oğlu Yair Netanyahu-nun şübhəlilər siyahısından çıxarılmasını tövsiyə edib.

Netanyahu bütün ittihamları rədd edir və tövsiyənin hüquqi baxımdan məcburi olmadığını iddia edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun