Müsavatda “21 Azər hərəkatı”nın 73-cü il dönümü ilə bağlı tədbir keçirildi

Müsavatda “21 Azər hərəkatı”nın 73-cü il dönümü ilə bağlı tədbir keçirildi
13 Dekabr 2018
Mətni dəyiş

Çərşənbə günü Müsavat Partiyasının mərkəzi qərargahında “21 Azər hərəkatı”nın 73-cü il dönümü ilə əlaqədar təntənəli tədbir keçirilib.

Tədbirdə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər,  MDP sədri Rafiq Turabxanoğlu, tanınmış ziyalılar Almaz Əliqızı, Yasəmən Qaraqoyunlu, Əjdər Tağızadə və digərləri iştirak ediblər.

Bu gün (12 dekabr – 21 Azər) Güney Azərbaycanda tarixi bir gün kimi qeyd edilir. 1945-ci il azər ayının 21-də Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan milli hökuməti qurulub. Bu tarixi gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb.

12 dekabr tarixinin xalqımız üçün tarixi və ideoliji əhəmiyyəti böyükdür. Bu gün Güney Azərbaycan Milli Hökumətinin təşkil edilməsi və elə bir ildən sonra həmin gün süquta uğramasıdır. 1945-ci ilin 12 dekabrında Təbriz şəhərində böyük çətinlik və xalqın əzmi ilə Azərbaycan Milli Hökuməti quruldu. Daha cox “21 Azər” Hərəkatı kimi tarixə düşən bu günün əhəmiyyəti çox böyükdür. Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulan bu hökumət İran şahının 25 ildə görmədiklərini bir ildə Güney Azərbaycan üçün etdi.

Azərbaycan Milli Höküməti xalqın dəstəyi ilə dövlətin bir sıra mühüm işlərini həyata keçirib.Təbriz Dövlət Universitetinin və Azərbaycan türkcəsində çoxlu sayda orta məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi işlər görüb. Milli Hökumət eyni zamanada aşağıdakıları həyata keçirib.

– Azərbaycan Milli Höküməti torpaq islahatını həyata keçirdi;

– Hökümət iri bankları milliləşdirdi;

– Dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul olundu;

– Şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıldı

– Əsas malların qiymətlərinə ciddi şəkildə nəzarət edilirdi. Ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza verilirdi;

– Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu;

– Güney Azərbaycan Milli Ordusu yaradıldı.

Nəhayət ki, sosial-iqtisadi islahatların sürətli bir şəkildə həyata keçirildiyi bir dövrdə, Milli Hökümət bir sıra xarici amillərin və Pişəvəri hökumətinin qanlı müdaxiləsi və qətliamlar törətməsi nəticəsində 1946-cı il azər ayının 21-də süquta uğrayıb. S.C.Pişəvəri isə 1947-ci ildə Azərbaycanda müəmmalı avtomobil qəzasında həlak olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun