Mərkəzi Bank problemli kreditlərin həcmini açıqlayıb

Mərkəzi Bank problemli kreditlərin həcmini açıqlayıb
6 Dekabr 2018
Mətni dəyiş
Azərbaycan Mərkəzi Bankı noyabr ayının 1-nə olan vaxtı keçmiş kreditlərin məbləğini açıqlayıb.  

Məlumata görə, problemli kreditlərin həcmini 1 milyard 698,6 milyon manat olub. Bu cür kreditlərin 877,5 milyon manatı xarici valyutadadır.

10 ayda vaxtı keçmiş kreditlərin məbləği 71,9 milyon manat artıb.

2018-ci ilin əvvəlinə bu qəbildən olan kreditlərin məbləği 1 milyard 626,7 milyon manat idi.

Problemli kreditlərin aylar üzrə məbləği isə belədir:

Fevral  - 1 milyard 695,9 milyon manat

Mart - 1 milyard 700,9 milyon manat

Aprel - 1 milyard 710,2 milyon manat

May - 1 milyard 708,8 milyon manat

İyun - 1 milyard 710,8 milyon manat

İyul - 1 milyard 745,7 milyon manat

Avqust - 1 milyard 782,1 milyon manat

Sentyabr - 1 milyard 772,4 milyon manat

Oktyabr - 1 milyard 748,7 milyon manat.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun