Konstitusiya Məhkəməsinin sədrini “Şöhrət” ordeni ilə mükafatlandırıldı

Konstitusiya Məhkəməsinin sədrini “Şöhrət” ordeni ilə mükafatlandırıldı
6 Dekabr 2018
Mətni dəyiş

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Şöhrət” ordeni ilə təltif edilib.

Bu barədə prezident İlham Əliyev dekabrın 5-də sərəncam imzalayıb. Dövlət başçısının saytında məlumat dərc olunub.

Açıqlamada deyilir ki, prezident məhkəmə orqanlarında səmərəli fəaliyyətinə görə Fərhad Abdullayevi mükafatlandırıb.

Dekabrın 5-də Fərhad Abdullayevin 60 yaşı tamam olub.

1958-ci ildə Bakı şəhərində doğulan Fərhad Abdullayev 1980-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Azərbaycan Ali Məhkəməsində məsləhətçi, baş məsləhətçi, şöbə rəisi postlarında çalışıb, 1990-cı ildən Ali Məhkəmənin hakimi olub.

2000-ci ildən Apellyasiya Məhkəməsinin sədr müavini vəzifəsini tutub. 2003-cü ildən Konstitusiya Məhkəməsinin sədridir.

Əməkdar hüquqşünas, hüquq elmləri doktorudur.

Ailəlidir, iki övladı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun