Dünya

İranda istefada olan hərbçilər etiraz aksiyası keçiriblər

1 dəqiqə
İranda istefada olan hərbçilər etiraz aksiyası keçiriblər

İranda istefada olan hərbçilər təqaüdlərinin artırılması tələbi ilə alsiya keçiriblər.

İSNA xəbər agentliyinin yaydığı xəbərə görə, bir qrup istefada olan hərbçi İran parlamentinə gedərək 2019-cu ilin dövlət büdcəsinə və Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı etirazlarını bildiriblər.

Ehtiyatda olan hərbçilər təlbə ediblər ki, qanunvericiliyə təqaüdlərinin artırılması ilə bağlı dəyişikliklər edilsin.

Məlumata görə, dekabrın 18-də İran parlamentində vergi qanunvericiliyinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun