Ermənistanda parlament seçkisi sona yetib

Ermənistanda parlament seçkisi sona yetib
10 Dekabr 2018
Mətni dəyiş

Ermıənistanda keçirilən parlament seçkisi sona yetib.NEWS.am saytının məlumatına görə artıq yerli vaxtla saat 20:00-da bütün seçki məntəqələri bağlanıb.

Yaxın saatlarda seçkinin ilkin nəticələri açıqlanmalıdır.Seçici fəallığının aşağı olduğu bildirilir.

--

Ermənistanın keçmiş prezidenti və baş naziri, keçmiş hakim “Respublika” partiyasının rəhbəri Serzh Sarqsyan dekabrın 9-da 29/45 saylı seçki məntəqəsində olarkən AzadlıqRaduosu erməni xidmətinin suallarına cavab verməyib.

AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə, Saqsyan bu il aprelin 23-də baş nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra ictimaiyyət arasında ilk dəfədir ki, görünür.

“Mən sizə müsahibə verməyəcəm”, Sarqsyan müxbirə deyib.

O, seçki məntəqəsinə həyat yoldaşı Rita ilə birlikdə gəlib.

Onlar səs verdikdən sonra mühavizəçilərin müşaiyəti ilə dərhal məntəqəni tərk ediblər.

Mənbənin yazdığına görə, qəribə burasındadır ki, barmaq izlərini götürən aparat, keçmiş dövlət başçısının 10 barmağından heç birini tanıya bilməyib.

--

Ermənistanda keçirilən parlament seçkisində yerli vaxtla saat 17-dək seçkidə təxminən 40 faiz seçici iştirak edib.

Bu barədə AzadlıqRadiosunun erməni xidməti Mərkəzi Seçki Komisiyasına istinadla xəbər verir.

Yaxın saatlarda seçkinin ilkin nəticələri bəlli olmalıdır.

--

Nikol Pashinyan sə verdikdən sonra jurnalistlərə deyib ki, seçkinin nəticələrindən xalqın istəyini daha yaxşı əks etdirəcək parlament yaradılacağını gözləyir.

“Deyə bilərəm ki, artıq ümumi məqsədimizə çatmışıq.Və bu həqiqətən də azad, şəffav və demokratik seçkidir.Gələcəkdə isə ümumi məqsədimiz Ermənistan demokratiyasını möhkəmləndirməkdir", Pashinyan deyib.

ATƏT -in mümayəndəsi Urşula Qatsek də daxil olmaqla beynılxalq müşahidəçilər ümumilikdə sseçkinin gedişi zamanı elə bir ciddi pozuntu olmadığını deyirlər.

--

Yerli vaxtla saat 14-dək Ermənistanda keçirilən parlament seçkisində 24 faizdən çox seçici iştirak edib.

Bu barədə ölkənin Mərkəzi Seçki Komisiyası (MSK) xəbər verib.

Baş nazir əvəzi Nikol Pashinyan özünün “Feysbuk” səhifəsi ilə canlı yayımda vətəndaşları seçkidə fəallıq göstərməyə çağırıb.

Qeyd edək ki, saat 11-ə olan məlumata görə seçkidə 8 faizə yaxın seçici iştirak edib ki, bu 2017-ci ilin eyni vaxtı ilə müqaisədə (13,32 %) azdır.

Amma Pashinyan günün sonunadək seçici fəallığının artacağına ümidlə yanaşdığını vurğulayıb.

ATƏT -də daxil olmaqla beynəlxalq müşahidəçilər sseçkidə elə bir ciddi pozuntu olmadığını deyirlər.

--

Dekabrın 9-da Ermənistanda vaxtındanəvvəl parlament seçkisi keçirilir.

Baş nazir əvəzi Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku da daxil olmaqlıa seçkidə ümumilikdə 11 siyasi qüvvə mübarizə aparır.Onlardan 9-zu siyasi partiya, 2-si isə blokdur.

Analitiklər hesab edir ki, Pashinyanın blokunun qələbəyə şansı çox yüksəkdir.

Mərkəzi Seçki Komisiyasının məlumatına görə yerli vaxtla saat 11-dək seçkidə təzminən 8 faiz seçici iştirak edib.

Seçki məntəqələri axşam saat 8-də bağlanacaq.

MSK sədri Tigran Mukuchyan seçkinin normal şəraitdə keçdiyini deyir.

Seçkinin gedişini, 70 yeli kütləvi informasiya (KİV) vasitəsindən 1200, 31 xarici KİV vasitəsindən isə 80-ə yaxın müşahidəçi izləyir.

Ümumilikdə isə seçkidə 250-ə yaxın beynəlxalq müşahidəçi iştirak edir.

Parlamentə düşmək üçün siyasi partiyalar 5, bloklar isə 7 faizlik həddi keçməlidirlər.

Pashinyan hakimiyyətə bu ilin aprel-may aylarında keçirilən kütləvi küçə etirazları ilə gəlib.

Seçkidə həmin vaxt hakimiyyətdən uzaqlaşıdırılmış “Respublika” partiyası da iştirak edir.

Bu partiyaya keçmiş ölkə rəhbəri Serzh Sarqsyan rəhbərlik edir.

Partiya Pashinyanı administrativ vasitələrdən sui-istifadə etməkdə günahlandırır.

Pashinyan ittihamı rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun