Əli Kərimlinin şikayəti təmin edilməyib

Əli Kərimlinin şikayəti təmin edilməyib
15 Dekabr 2018
Mətni dəyiş
Bu gün Bakı Apellyasiya Məhkəməsində (BAM) AXCP lideri Əli Kərimlinin apellyasiya şikayətinə baxılb. Şikayət təmin edilməyib. Beləliklə, BAM Ə.Kərimlinin 2500 manat məbləğində cərimə edilməsi barədə Səbayel Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu barədə vəkil Fuad Ağayev bildirib. Xatırladaq ki, noyabrın 17-də Milli Dirçəliş Günü münasibətilə Şəhidlər Xiyabanını kollektiv ziyarət zamanı 52 nəfər, o cümlədən AXCP lideri Əli Kərimli və Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli saxlanılıb. Həmin axşam 41 nəfər buraxılıb, ancaq 11 fəal noyabrın 19-da məhkəmə qarşısında dayanıb. Onlardan üçü 20 sutkalığa həbs olunub. Ə.Kərimli daxil olmaqla, 8 nəfər cərimə edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun