Dünya

Suriya türkmanları vahid bayraq altında birləşdilər

1 dəqiqə
Suriya türkmanları vahid bayraq altında birləşdilər

Suriya türkmanları Çobanbəy şəhərində keçirilən konqresdə özlərinin vahid milli bayrağını təsis ediblər.

Konqresə Hələb, İdlib, Bayır-Bucaq, Rakka, Həma, Tartus, Dera və Dəməşqdən olan 250 nümayəndə qatılıb. Nümayəndələr sırasında Suriya Türkman Assambleyasının üzvləri, türkman şəhərlərindəki ağsaqqallar, türkman komandirlər, qeyri-hökumət təşkilatının üzvləri yer alıblar.

Yeni bayraq mavi, qırmızı və ağ rəngdən ibarətdir. Burada mavi rəngin türk kimliyini, ağ rəngin ümumbəşəri dəyərləri simvolizə etdiyi vurğulanıb. Qırmızı rəngli ay-ulduz isə şəhidlərə işarədir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun