Müxalifət borc amnistiyasını Gürcüstan hökumətinin “çarəsizlik jesti” adlandırıb

Müxalifət borc amnistiyasını Gürcüstan hökumətinin “çarəsizlik jesti” adlandırıb
22 Noyabr 2018
Mətni dəyiş

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının nümayəndələri bəyan ediblər ki, hökumət “çarəsiz olduğu üçün va-banka gedərək” borc amnistiyasını həyata keçirir.

Bu barədə "Kavkazski Uzel" saytında dərc olunan məqalədə deyilir.

Gürcüstan Milli Bankının vitse-prezidenti Arçil Mestvirişvilinin sözlərinə görə, yanvarın 1-dən məsuliyyətli kreditləşmə haqqında yeni qərar qüvvəyə minəcək. Buna müvafiq olaraq, kredit onu ödəmək imkanı olmayanlara verilməyəcək.

“Kavkazski uzel”in yazdığı kimi, Vahid Milli Hərəkat Partiyasından Gürcüstan prezidentliyinə namizəd Qriqol Vaşadze noyabrın 18-də hökuməti vətəndaşların borclarının ödənməsi üzrə tədbir görməyə çağırıb. Onun sözlərinə görə, hər ikinci gürcünün ya mikromaliyyə təşkilatları, ya da üç aparıcı bank qarşısında öhdəliyi var.

Elə həmin gün Gürcü arzusu – Demokratik Gürcüstan Partiyasının baş katibi, Tbilisinin meri Kaxa Kaladze bəyan edib ki, hökumət borc məsələsi ilə bağlı “prinsipial qərarlar” hazırlayır. Noyabrın 19-da Gürcüstanın baş naziri Mamuka Baxtadze bəyan edib ki, Gürcüstan vətəndaşlarının banklar, onlayn-təşkilatlar və digər maliyyə müəssisələrinə olan 562 milyon dollardan çox borcunu sıfırlayacaq.

Gürcüstan MSK-sı prezident seçkilərinin ikinci turunu noyabrın 28-nə təyin edib. Bu tura “Gürcü arzusu”nun dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və müxalif Vahid Milli Hərəkat Partiyasından namizəd Qriqol Vaşadze keçib. “Kavkazski uzel”in bundan əvvəl sorğuladığı politoloq və QHT nümayəndələri bəyan edib ki, Gürcü arzusu və Vahid Milli Hərəkat kompromatlar savaşına girib.

Vahid Milli Hərəkatdan olan prezidentliyə namizəd Qriqol Vaşadze noyabrın 19-da hökumətin müəyyən kateqoriyadan olan vətəndaşların borcunu silmək təşəbbüsünə şərh verib. Onun sözlərinə görə, bu addım “çarəsizlik jesti”dir.

“Bu... çarəsizlik jestidir, çünki biz bank sisteminin əsas islahatlarını və sairəni təklif edirik... Hər ilin sonunda banklar təmin edilməmiş kreditləri silirlər. Belə ki, ötən il 75 milyondan çox silinib”, - “Kavkazski uzel”in müxbiri Qriqol Vaşadzenin “Rustavi 2”-nin efirində söylədiklərini tərcümə edib.

Vahid Milli Hərəkatın üzvü Pyotr Siskarişvili həmçinin bəyan edib ki, hökumət çarəsizdir və va-banka gedir.

“Bu, absurd dinclik vədidir. O, müxalifətin nə qədər güclü olduğundan və hökuməti va-banka getməyə məcbur etdiyindən xəbər verir”, - “Kavkazski uzel”in müxbiri Siskarişvilinin “Rustavi-2”-nin efirində söylədiklərini tərcümə edib.

Vahid Milli Hərəkatın daha bir üzvü Gigi Bokeriyanın fikrincə, adamların yoxsulluqdan qurtulmasına kömək etmək üçün yeni iş yerləri yaratmaq və iqtisadi inkişafı təmin etmək lazımdır.

“İvanişvilinin əhalini yoxsulluqdan çıxara və borclardan azad edə biləcəyini deməsi növbəti yalandır. Məhz onun siyasəti ölkəni bu vəziyyətə gətirib çıxarıb... O, hakimiyyətdə qalmaq üçün çarəsiz addımlar atır”, - “Kavkazski uzel”in müxbiri onun “Rustavi 2”-nin efirində söylədiklərini tərcümə edib.

Gürcüstanın kredit ödəyə bilməyən vətəndaşları onu almaqda çətinlik çəkəcək.

Gürcüstan Milli Bankının Arçil Mestvirişvilinin sözlərinə görə, borc amnistiyası çərçivəsində bir neçə tədbir planlaşdırılır.

“O cümlədən yanvarın 1-də məsuliyyətli kreditləşmə haqqında yeni qərar qüvvəyə minəcək. Bu, o deməkdir ki, krediti ödəmək iqtidarında olmayanlar onu almaqda çətinlik çəkəcəklər. Kredit verənlər onu almaq istəyən şəxsin ödəmə qabiliyyətini qiymətləndirməli və yalnız bundan sonra kredit verməli olacaq”, - “Kavkazski uzel”in müxbiri onun “İctimai televiziya” efirində söylədiklərini tərcümə edib. “Kartu” fond rəhbərliyinin nümayəndəsi Nikoloz Çxetiani “İctimai televiziya”nın efirində bəyan edib ki, fond artıq bu ilin büdcəsində 100 milyon lari (37,5 milyon dollardan çox) nəzərdə tutub. Gürcü arzusunun qurucusu Bidzina İvanişvilinin nəzarət etdiyi əsas qurum “Kartu” biznes-holdinqi idi ki, ora “Kartu” bankı, bir sıra tikinti təşkilatı, Qara dəniz sahilində kurort zonası, həmçinin müxtəlif firmalar daxildir, biznesmenin “Kavkazski uzel”də dərc olunmuş bioqrafiyasında qeyd olunur. “Gürcüstanın baş naziri “Kartu” fondunun Gürcüstan hakimiyyəti ilə fəal əməkdaşlığı barədə maraqlı təşəbbüslə çıxış edib. “Kartu” fondunun qurucusu Bidzina İvanişvilinin qərarına görə, fond bu ilin büdcəsində artıq 100 milyon lari nəzərdə tutub”, - “Kavkazski uzel”in müxbiri onun sözlərini tərcümə edib. 2018-ci ilin prezident seçkiləri birbaşa səsvermə ilə keçirilmiş son seçkilər idi. Konstitusiya düzəlişlərinə müvafiq olaraq, 2024-cü ildən dövlət rəhbərinin kim olacağına seçki kollegiyası qərar verəcək.

“Kavkazski uzel” 2018-ci il Gürcüstan prezidenti seçkilərini bu mövzuya həsr olunmuş “İvanişvili vs Saakaşvili” səhifəsində izləyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun