Müsavat hakimiyyətdən Saakyanın səfərlərinin qarşısını almaq üçün zəruri addımlar tələb edir

Müsavat hakimiyyətdən Saakyanın səfərlərinin qarşısını almaq üçün zəruri addımlar tələb edir
27 Noyabr 2018
Mətni dəyiş

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə başqan müavini Razim Əmiraslanlı qərarların icrası və görülən işlər barədə məlumat verib.

Xəzər rayon təşkilatında keçirilən ümumi yığıncaq haqqında Divanı məlumatlandırıb. Divan üzvü İkram İsrafil Qubadlı rayon təşkilatında keçirilən ümumi yığıncaq haqqında məlumat verib. Hər iki təşkilatda keçirilən toplantı Divan tərəfindən yüksək qiymətləndirilib.

İclasda Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqlının həbsi və apellyasiya məhkəməsi ətrafında müzakirələr aparılıb. Ə.Sadıqlının həbsinin siyasi xarakterli olması bir daha vurğulanıb. Onun azadlığa çıxması üçün Müsavat Partiyasının bütün hüquqi vasitələrdən istifadə etməsinin zəruriliyi qeyd olunub.

28 noyabr saat 12:00-da “Siyasi məhbusların müdafiə komitəsi”nin toplantısının keçirilməsi barədə qərar qəbul edilib.

07 dekabr 2018-ci il tarixdə Azərbaycan Parlamentinin fəaliyətə başlamasının 100 illiyi ilə əlaqədar S.Bəhlulzadə adına Mədəniyət Sarayında bayram tədbiri keçirilməsi üçün müvafiq orqanlara müraciət ünvanlanması razılaşdırılıb.

“21 Azər” Hərəkatının ildönümü ilə əlaqədar təntənəli tədbirin keçirilməsi barədə qərar qəbul edilib.

Müsavat Partiyasının Divanı Azərbaycan hakimiyətinin yarıtmaz siyasəti nəticəsində Dağlıq Qarabağın qondarma qurumunun rəhbərinin Minsk Qrupuna daxil olan həmsədr ölkələrə rəsmi səfərlər etməsini beynəlxalq hüquqa və Azərbaycanın dövlət maraqlarına zidd hesab edərək, rəsmi Bakıdan belə halların qarşısını almaq üçün zəruri addımlar atmağı tələb edir.

Divanda ölkədə və dünyada baş verən son hadisələr geniş müzakirə edlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun